Bank Of Baku

Azərbaycanda sahibkarlıq subyektlərinin «bir pəncərə» sistemi ilə qeydiyyatı prosesi I yarımillikdə tam elektronlaşdırılacaq

Azərbaycanda sahibkarlıq subyektlərinin «bir pəncərə» sistemi ilə qeydiyyatı prosesi I yarımillikdə tam elektronlaşdırılacaq
# 05 fevral 2010 09:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısı ərzində Azərbaycanda sahibkarların və sahibkarlıq subyektlərinin «bir pəncərə» sistemi vasitəsilə qeydiyyatdan keçməsi prosesi elektronlaşdırılacaq. «APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi Xüsusi rejimli vergilər xidməti Departamentinin müdiri Zaur Fətizadə bildirib.

Onun sözlərinə görə, on-line rejimdə qeydiyyatın tətbiqi Nazirliyin qarşıya qoyduğu hədəfdir və elektron qeydiyyatın tətbiqinə dair işlərə 2009-cu ildə başlanılıb: «Cari ilin ortalarınadək Azərbaycanda sahibkarların və sahibkarlıq subyektlərinin elektron qeydiyyatının tətbiqinə başlanacaq».

Qeyd edək ki, 2008-ci ildən indiyədək «bir pəncərə» sistemi vasitəsilə 90 minə yaxın sahibkar qeydiyyatdan keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR