Bank Of Baku

Azərbaycanın AZİPS sistemi üzrə ödənişlər yanvarda azalıb

Azərbaycanın AZİPS sistemi üzrə ödənişlər yanvarda azalıb
# 05 fevral 2010 10:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2010-cu ilin yanvar ayında 4 420 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə bu göstərici 583 mln. manat və ya 11,7% azalıb.

Qeyd edək ki, ödənişlərin sayında da azalma müşahidə olunub. Belə ki, 2009-cu ilin yanvarında 27 min ödəniş aparılmışdırsa, cari ilin ilk ayında bu göstərici 24 minə bərabər olub.

Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) ödənişlərin həcmi yanvar ayında 379 mln. manata bərabər olub ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 25 mln. manat və ya 7,1% çoxdur. Ödənişlərin sayı isə il ərzində 2,7 dəfə artaraq 2010-cu ilin yanvarında 618 minə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR