Bank Of Baku

Azərbaycan bank sistemi üzrə ROA əmsalı son bir ildə artıb

Azərbaycan bank sistemi üzrə ROA əmsalı son bir ildə artıb
# 05 fevral 2010 11:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2009-cu ilin yekunlarına görə aktivlərinin gəlirlik əmsalı (ROA) 2,5% təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən il ərzində 0,3 faiz bəndi artıb. Eyni zamanda, ötən ilin IV rübündə bu əmsal 0,4 faiz bəndi azalıb.

Bankların ROA əmsalının 2,5%-lik səviyyəsi aktivlərin orta hesabla hər 1 manatının 2,5 qəpik mənfəət gətirdiyini göstərir. Qeyd edək ki, göstəricinin bu səviyyədə olması dünya praktikasında inkişaf etmiş ölkələr üçün qənaətbəxş hesab olunur, lakin inkişafda olan ölkə kimi Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ABŞ və Avropadakı analoji göstəriciləri dəfələrlə üstələməsi ROA əmsalının eyni templə artması ilə nəticələnməli idi. Lakin Azərbaycan banklarının xərclərinin, o cümlədən qeyri-faiz xərclərinin yüksək olması səbəbindən bu, baş vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR