Bank Of Baku

ADA Şirkətlər Qrupunun kapitalı 2 dəfə artırılacaq

ADA Şirkətlər Qrupunun kapitalı 2 dəfə artırılacaq
# 05 fevral 2010 14:28 (UTC +04:00)
Bakı – APA-Economics. Bu il 2-4 fevral tarixlərində Bakıda, ADA Şirkətlər Qrupunun mərkəzi ofisində Beynəlxalq Maliyyə Korporasiyası (BMK) nümayəndələrinin (Akbar Husain, Beata Tuszynska, Brendan Michael, Yazqan Müsənnif, Emre Saracoğlu) və şirkətin menecerlərinin (struktur rəhbərlərinin) iştirakı ilə Direktorlar Şurasının geniş tərkibli iclası keçirilib.

Şirkətlər Qrupundan “APA-Economics”ə verilən məlumata görə, Direktorlar Şurasının iclasında ötən ilin yekunları, ADA-nın 4 illik inkişaf proqramı, BMK ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, dünyada baş verən maliyyə böhranı ilə əlaqədar “Almalı” mağazalar şəbəkəsində yaranmış cari problemlərin həlli kimi məsələlər müzakirə olunub.

Direktorlar Şurasında qrupun kapitalının 2 dəfə artırılmasına və maliyyə institutlarından ucuz maliyyə vəsaitlərinin cəlb olunmasına dair qərar verilib.

Qeyd edək ki, «Almalı» mağazalar şəbəkəsinin operatoru olan «ADA» Şirkətlər Qrupu 2005-ci ildə yaradılıb. Qrupun əsas səhmdarlarından biri Beynəlxalq Maliyyə Korporasiyasıdır. Bu, ölkənin qeyri-neft sektorunda BMK-nın ən böyük maliyyə layihəsidir. Layihənin məqsədi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na dəstək olmaq, yerli fermerlər üçün böyük həcmli alıcı təbəqəsi formalaşdıraraq onlara stimul vermək, beləliklə, aqrar sənayenin inkişafına nail olmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR