Bank Of Baku

«Gəncəbank»ın mənfəəti 3 dəfə azalıb

«Gəncəbank»ın mənfəəti 3 dəfə azalıb
# 06 fevral 2010 10:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 38,894 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvarın 1-nə olan göstəricidən 25,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 25,2% azalaraq 2,963 mln. manat, kredit portfeli 8,3% artaraq 26,932 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 70% azalaraq 2,194 mln. manat olub. Eyni zamanda bankın məcmu kapitalı 48% artaraq 16,577 mln. manata, o cümlədən nizamnamə kapitalı 50% artaraq 15 mln. manata çatıb.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 40% azalaraq 3,415 mln. manat, xərcləri isə 35% azalaraq 3,115 mln. manat olub. Nəticədə bankın mənfəəti 3 dəfə azalaraq 0,300 mln. manat təşkil edib. Bu müddət ərzində bankın işçilərinin sayı 6,9% artaraq 77 nəfər, orta aylıq əmək haqqı 23% azalaraq 561 manat, müştərilərin sayı isə 2334 nəfər olub.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 6 bankomatı və 14 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR