Bank Of Baku

«Parabank» müştərilərə «Card to Card» xidmətini təqdim edib

«Parabank» müştərilərə «Card to Card» xidmətini təqdim edib
# 08 fevral 2010 07:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC müştərilərə göstərilən xidmət səviyyəsini yüksəltmək məqsədilə «Card to Card» xidmətini istifadəyə verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət vasitəsilə müştərilər ATM-dən, eyni zamanda «Mobil bank» xidmətindən istifadə edərək kart hesabları arasında nağdsız köçürmələr həyata keçirə bilər. Müştərilər Visa sisteminin bütün növ məhsulları ilə (biznes kartlar istisna olmaqla) həm «Parabank»ın plastik kartları arasında, həm də «AzeriCard» şəbəkəsinə daxil olan bütün bankların kartları arasında «Card to Card» əməliyyatı apara bilərlər.

Qeyd edək ki, xidmətin özü və konvertasiya komissiyası 0,5% təşkil edir.

Xidmətin özünə görə tutulacaq komissiya haqqı bütün hallarda köçürməni göndərən kartın sahibindən tutulur. Əməliyyatın valyutası köçürməni göndərən və ya köçürməni alan kartın valyutası fərqli olduğu halda, konvertasiya komissiyası valyutası fərqli olan kartın sahibindən tutulur.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 15 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR