Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» gələn həftə yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacaq

«Azərbaycan Sənaye Bankı» gələn həftə yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacaq
# 08 fevral 2010 07:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevralın 16-dan etibarən Bakı Fond Birjasında (BFB) «Azərbaycan Sənaye Bankı» ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 10,570 mln. ədəd, emissiyanın ümumi həcmi isə 2,114 mln. manat təşkil edir.

«Azərbaycan Sənaye Bankı» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Texnika Kapital Menecment» şirkəti çıxış edəcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 10,6% artaraq 22,114 mln. manata çatacaq.

Qeyd edək ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivləri 130,639 mln. manat, depozit portfeli 82,910 mln. manat, kredit portfeli 61,200 mln. manat, məcmu kapitalı 24,731 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 8 filialı, 23 bankomatı və 257 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR