Bank Of Baku

Azərbaycan banklarının likvid aktivləri cəmi depozitlərin 59%-ni təşkil edir

Azərbaycan banklarının likvid aktivləri cəmi depozitlərin 59%-ni təşkil edir
# 08 fevral 2010 08:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarlarının xalis likvid aktivlərinin depozitlərin ümumi həcminə nisbəti 2009-cu il yekunlarına görə 59,4% təşkil edib ki, bu da 2009-cu ilin əvvəlinə nisbətən 4,4 faiz bəndi çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstəricinin əsas artımı ötən ilin sonuncu rübündə baş verib - həmin müddət ərzində artım 3,5 faiz bəndə bərabər olub.

Belə ki, 2010-cu ilin əvvəlinə bankların ümumi depozitlərinin həcmi təxminən 4,3 mlrd. manat təşkil etdiyi halda, likvid aktivlərin həcmi 2,554 mlrd. manata bərabər olub. Eyni zamanda, bu ilin yanvarın 1-nə aktivlərin ümumi həcmi 11,665 mlrd. manat təşkil edib və beləliklə, xalis likvid aktivlərin payına ümumi aktivlərin 22%-i düşür.

Qeyd edək ki, bankalrın xalis aktivləri, adətən, bank sistemində ən vacib göstəricilərdən biri olan əhalinin əmanətləri ilə müqayisə olunur, çünki əmanətlər bank sistemində diqqət mərkəzində olan və qaytarılması baxımından ilk növbəli maliyyə vəsaitləridir və həmin müqayisə bankların bu vəsaitlərin istənilən anda qaytarmaq qabiliyyətini əks etdirir. Azərbaycan bankları üzrə sözügedən nisbət bankların qaytarma qabiliyyətinin ən yüksək səviyyədə olduğunu göstərir, çünki likvid aktivlərin həcmi 2,554 mlrd. manata yaxın olduğu halda, əhalinin əmanətlərinin həcmi 2,335 mlrd. manata bəradərdir. Yəni, hətta bütün əmanətlər üzrə öhdəliklər eyni vaxtda geri çağırılsa belə, banklar öz likvid aktivləri hesabına bu öhdəlikləri tam şəkildə yerinə yetirmək imkanına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR