Bank Of Baku

G7 ölkələrinin maliyyə nazirləri Yunanıstan hökumətini ölkə büdcəsini nəzarət altına almağa çağırıb

G7 ölkələrinin maliyyə nazirləri Yunanıstan hökumətini ölkə büdcəsini nəzarət altına almağa çağırıb
# 08 fevral 2010 08:50 (UTC +04:00)
Bakı – APA-Economics. “Böyük 7-lik” (G7) ölkələri Yunanıstan hökumətini ölkə büdcəsini nəzarət altına almağa çağırıb.

APA-Economics”in beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, bu bəyanat Kanadanın İkaliut şəhərində keçirilən G7 ölkələrinin maliyyə nazirlərinin konfransında qəbul olunub.

Bundan başqa, maliyyə nazirləri rəsmi Afinaya milli iqtisadiyyatın geriləməsinin qarşısını almaq və artıq 13%-ə çatan büdcə defisiti ilə mübarizə aparmaq üçün dövlət xərclərini koordinasiya etməyi məsləhət görüblər.

Almaniyanın maliyyə naziri Volfhanq Şoyble bildirib ki, görüş iştirakçıları Avropa İttifaqının mövcud maliiyə problemlərini müstəqil şəkildə həll etmək vəziyyətində olduğu haqda yekdil fikrə gəliblər. Bununla da G7 ölkələri Beynəlxalq Valyuta Fondunun köməyindən imtina ediblər. Maliyyə nazirləri həmçinin avronun kursunun düşməsi, dünya iqtisadiyyatının canlandırılmasının mümkün variantlarını müzakirə ediblər. Yunanıstandan başqa, İspaniya və Portuqaliyanın da maliyyə çətinlikləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR