Bank Of Baku

Azərbaycan bank sistemi üzrə ROE əmsalı ötən il bir qədər artıb

Azərbaycan bank sistemi üzrə ROE əmsalı ötən il bir qədər artıb
# 08 fevral 2010 08:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları üzrə kapitalın gəlirlilik əmsalı (ROE) 2009-cu ilin yekunlarına görə 0,175 təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin yekunlarına əsasən isə ROE əmsalı 0,170-ə bərabər olub.

Xatırladaq ki, ROE əmsalı mənfəətin kapitala olan nisbəti kimi hesablanır. Qeyd edək ki, ötən ilin I rübündə ROE əmsalının 0,237 bəndədək kəskin artması, sonrakı dövrdə isə tədricən azalması müşahidə olunub. Əmsal kommersiya banklarının kapitalının səmərəlilik səviyyəsini göstərir. Yəni, 0,175 bənd səviyyəsində olan ROE əmsalı bank kapitallarına qoyulmuş hər 1 manatın təxminən 17,5 qəpik mənfəət gətirməsi deməkdir.

Qeyd edək ki, Rusiya, Qazaxıstan, Gürcüstan kimi ölkələrin bank sistemində analoji göstəricilər ROE əmsalı daha aşağı səviyyədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR