Bank Of Baku

Obama Konqresdən kiçik biznesə 30 mlrd. dollar ayrılmasını istəyir

Obama Konqresdən kiçik biznesə 30 mlrd. dollar ayrılmasını istəyir
# 08 fevral 2010 09:35 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ prezidenti Barak Obama kiçik biznesə 30 mlrd. dollar ayrılması planını dəstəkləmək xahişi ilə Konqresə müraciət edib.

APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, prezident demokratlara və respublikaçılara müraciət edərək, onları yaxşı ideyalara mane olmamağa çağırıb: “Çünki siyasətdə belə qəbul olunub”.

B.Obama bəyan edib ki, təklifi yalnız ölkənin zəifləmiş iqtisadiyyatının möhkəmləndirilməsinə yönəlib.

Qeyd edək ki, Obama administrasiyası kiçik biznesin maliyyələşdirilməsi proqramı vasitəsilə iqtisadiyyatın bərpasını sürətləndirmək niyyətindədir. Bu plana əsasən, kiçik müəssisələrə, xüsusən yeni iş yerlərinin açılmasına çalışanlara güzəştli kreditlər veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR