Bank Of Baku

Azərbaycan valyuta birja bazarının dövriyyəsi 30% azalıb

Azərbaycan valyuta birja bazarının dövriyyəsi 30% azalıb
# 08 fevral 2010 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (fevralın 1-5-də) 16,602 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisi ilə müqayisədə 30,5% azdır. Dolların orta birja məzənnəsi isə 0,8032 manata bərabər olub.

«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Müddətin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,06% azalaraq 0,8030 manat təşkil edib. Dolların rəsmi məzənnəsi isə 0,01% azalaraq 0,8034 manata bərabər olub:




Göründüyü kimi, ötən həftə ərzində dolların birja məzənnəsi böyük dəyişkənlik nümayyiş etdirib.

Avronun rəsmi məzənnəsi 1,2% azalaraq həftənin son gününə 1,1017 manat təşkil edib:




Avronun məzənnəsinin manata qarşı kəskin enməsi dünya bazarlarında dolların avroya qarşı möhkəmlənməsinin nəticəsi olub. Belə ki, həftə ərzində avro dollara qarşı 2,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR