Bank Of Baku

«Paşa Bank»ın mənfəəti ötən il 2,2 dəfə artıb

«Paşa Bank»ın mənfəəti ötən il 2,2 dəfə artıb
# 08 fevral 2010 10:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 308,376 mln. manat təşkil edib ki, bu da ötən il yanvarın 1-nə olan göstəricidən 55,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 87,6% genişlənərək 154,478 mln. manata, kredit portfeli 2,7 dəfə artaraq 121,713 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 0,909 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı təxminən 14,9% artaraq 125,998 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 100 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il bankın gəlirləri 18,6% artaraq 24,381 mln. manat, xərcləri isə 61,6% azalaraq 4,346 mln. manat olub. Nəticədə bankın mənfəəti son bir il ərzində 2,2 dəfə artaraq 20,034 mln. manat təşkil edib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın işçilərinin sayı 50% artaraq 93 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR