Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq təşkilatlarının lizinq portfelinin (2010-cu il yanvar ayının 1-nə) artım tempi barədə (2009-cu il yanvarın 1-nə nisbətən) məlumat verilir:
Lizinq təşkilatları | İllik artım (%) |
AtaLeasing | +8,57 |
Texnika Leasing | - 0,67 |
Nikoil Leasing | - 4,73 |
UniLeasing | - 16,31 |
AGLeasing | - 21,33 |
Joint Leasing | - 48,55 |
Cədvəldən göründüyü kimi, ötən il ərzində lizinq xidmətləri bazarında portfelin artım tempi (8,57%) yalnız «AtaLeasing» şirkətində qeydə alınıb. Qalan şirklətlərin lizinq portfelində isə azalmalar müşahidə olunub. Mənfi dinamika maliyyə böhra fonunda əksər lizinq şirkətləri tərəfindən maliyyələşdirmənin məhdudlaşdırılması ilə bağlıdır. Böhranın təsiri nəticəsində 2009-cu il ərzində şirkətlər tərəfindən lizinqə verilən avadanlıqlar, xüsusi təyinatlı texnika və minik avtomobillərinin sayı kəskin azalıb.
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.