Bank Of Baku

Martda «MBASK» sığorta şirkətinin səhmdarlarının iclası keçiriləcək

Martda «MBASK» sığorta şirkətinin səhmdarlarının iclası keçiriləcək
# 09 fevral 2010 07:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin mart ayının 11-də Azərbaycanın «MBASK» sığorta şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iclasda şirkətin 2010-cu il üçün büdcəsinin təsdiq edilməsi, rəhbər vəzifələrə namizədlərin irəli sürülməsi və müzakirəsi, həmçinin şirkətin 2009-cu ildəki fəaliyyətinin nəticələri və maliyyə hesabatlarına baxılması və ötən ilin mənfəəti hesabına cəmiyyətin nizamnamə kapitalının artırılması məsələləri müzakirə ediləcək.

Bundan başqa, səhmdarlar Direktorlar Şurası və İdarə Heyəti haqqında əsasnamələrə dəyişikliklərin edilməsi və törəmə cəmiyyətlərin satılmasını müzakirə edəcəklər.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,556 mln. manat, ödənişləri isə 5,294 mln. manat olub. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR