Bank Of Baku

Azərbaycanda məqsədli bank ehtiyatlarının qeyri-standart kreditlərə nisbəti azalıb

Azərbaycanda məqsədli bank ehtiyatlarının qeyri-standart kreditlərə nisbəti azalıb
# 09 fevral 2010 08:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların kreditlər üzrə zərərin ödənilməsi üçün məqsədli ehtiyatlarının qeyri-standart kreditlərin ümumi məbləğinə nisbəti 2010-cu ilin yanvarın 1-nə 56,9% təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin əvvəli ilə müqayisədə bu göstərici 0,7 faiz bəndi azalıb.

Eyni zamanda, qeyri-standart kreditlərin ümumi kreditlərdə xüsusi çəkisi həmin tarixə 6%-ə bərabər olub ki, bu da ötən ilin yanvarın 1-nə olan göstəricidən 0,8 faiz bənd çoxdur. Beləliklə, qeyri-standart kreditlər və onlar üzrə ehtiyatların dinamikası il ərzində müəyyən dərəcədə mənfiyə doğru istiqamətlənib.

Eyni zamanda, zərərin ödənilməsi üçün ehtiyatların ümumi qeyri-standart kreditlərin yarısından çoxunu təşkil etməsi və bir sıra hesablamalara görə, həmin ehtiyatların girovla təmin edilməmiş kreditlərin həcminin tam ödənilməsi üçün yetərli olması müsbət göstəricidir. Həmçinin qeyd edək ki, bu, vaxtı keçmiş kreditlər tam qaytarılmayacağı təqdirdə bankların likvidliyinə və ümumilikdə bank sisteminə mənfi təsir etməyəcəni əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR