Bank Of Baku

Azərbaycandakı lizinq şirkətlərinin lizinqə verdiyi avadanlıqların dəyərinin illik dinamikası üzrə renkinqi

Azərbaycandakı lizinq şirkətlərinin lizinqə verdiyi avadanlıqların dəyərinin illik dinamikası üzrə renkinqi
# 09 fevral 2010 09:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə ölkədəki lizinq şirkətlərinin lizinqə verdiyi avadanlıqların dəyərinin artım tempi üzrə sıralamasını təqdim edir.

Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq şirkətləri tərəfindən lizinqə verilən avadanlıqların (2010-cu il yanvar ayının 1-nə) dəyərinin artım tempi barədə (2009-cu ilin yanvarın 1-nə nisbətən) məlumat verilir:

Lizinq şirkətləri

Avadanlıqların dəyərinin
illik artımı (%)

Müqavilələrın illik artımı (%)

Joint Leasing

225,0%

(-53,64)

UniLeasing

6,62

27,87

AGLeasing

0,83

1,53

AtaLeasing

(- 54,05)

11,83

Texnika Leasing

-

19,57

Nikoil Leasing

-

0,0



Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında verilən avadanlıqların dəyərinin artım dinamikasına görə «Joint Leasing» şirkəti liderlik edir. Belə ki, bu şirkətin son bir ildə lizinqə verdiyi avadanlıqların dəyərinin artımı 3,3 dəfə (225%) olub. İlk üçlüyə həmçinin «UniLeasing» və «AGLeasing» şirkətləri daxildir.

Qeyd edək ki, «AtaLeasing» şirkəti bu müddət ərzində lizinqə verdiyi avadanlıqların dəyərini 54,05% azaldaraq cədvəldə 4-cü yerdə qərarlaşıb. «Texnika Leasing» və «Nikoil Leasing» şirkətləri isə ümumiyyətlə bu müddət ərzində lizinqə heç bir avadanlıq verməyib.

Bundan başqa, cədvəldə şirkətlərin lizinq müqavilələrinin sayı üzrə son bir il ərzində müşahidə olunan artım dinamikası göstərilib. Bu sıralamada ilk yeri «UniLeasing» şirkəti tutub. İl ərzində bu şirkətin bağladığı müqavilələrin sayı 27,87% artıb.

Ölkənin aparıcı lizinq şirkətlərindən sayılan «Joint Leasing» şirkəti isə 2009-cu ildə lizinq müqavilələrinin sayını 53,64% azaldaraq cədvəldə sonuncu yerdə qərarlaşıb.

Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR