Bank Of Baku

Azərbaycanda bankomatların sayı son bir ildə 12% artıb

Azərbaycanda bankomatların sayı son bir ildə 12% artıb
# 09 fevral 2010 09:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən quraşdırılan bankomatların (ATM) ümumi sayı 2010-cu ilin yanvar ayının 1-nə 1 694 vahid təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 179 bankomat və ya 11,8% çoxdur.

Yanvarın 1-nə fəaliyyət göstərən bankomatların 959-i və ya 56,6%-i Bakıda, qalanı isə regionlarda quraşdırılıb.

Bu dövrdə Azərbaycan üzrə POS-terminalların sayı 8 657 vahid olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 533 vahid və ya 6,7% çoxdur. Hazırda POS-terminalların 7 871-si Bakı şəhərində, 786-si isə regionlarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR