Bank Of Baku

Azərbaycan banklarının məcmu kapitalın adekvatlıq əmsalı azalıb

Azərbaycan banklarının məcmu kapitalın adekvatlıq əmsalı azalıb
# 09 fevral 2010 10:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklarların məcmu kapitalının adekvatlıq əmsalı 2010-cu ilin yanvarın 1-nə 17,8% təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2009-cu il ərzində 1,8 faiz bəndi azalıb.

Qeyd edək ki, bu göstərici məcmu kapitalın risklərlə çəkili aktivlərin həcminə olan nisbəti kimi hesablanır. Adekvatlıq əmsalı nisbi göstərici olduğundan, onun dəyişməsi də ya aktivlərin, ya da kapitalın dəyişməsi ilə bağlı olur. Yəni, adekvatlıq əmsalının azalması ya kapitalın azalması, ya da aktivlərin artması ilə əlaqəlidir. Azərbaycanda isə ötən il ərzində bankların məcmu kapitalının həcmi 18% artıb, risklərlə çəkili aktivlərin həcmi üzrə isə dəqiq statistika yoxdur. Lakin yekunlaşdırıcı əmsalın azalmasını nəzərə alaraq demək olar ki, il ərzində risklərlə çəkili aktivlərin artım tempi 18%-dən artıq olub.

Ümumilikdə isə, Azərbaycanda məcmu kapitalın adekvatlıq əmsalı yüksək hesab oluna bilər. Müqayisə üçün qeyd edək ki, Avropa ölkələrində bu göstərici 11-13% səviyyəsindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR