Bank Of Baku

Azərbaycan banklarının yarısında xarici kapitalın iştirakı mövcuddur

Azərbaycan banklarının yarısında xarici kapitalın iştirakı mövcuddur
# 09 fevral 2010 10:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin yanvar ayının 1-nə Azərbaycanda bank əməliyyatlarının aparılması üçün 142 kredit təşkilatının lisenziyası olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 96-sı bank olmayan kredit təşkilatıdır.

Yanvarın 1-nə ölkədə 46 bankın lisenziyası olub ki, onlardan 1-i dövlət, 45-i isə özəl bankdır. O cümlədən, ölkədə xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərir və bunlardan 7-də xarici kapital nizamnamə kapitalının 50%-dən 100%-dək, 14-də isə 50%-dən az hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.

Azərbaycanda fəaliyyət göstərən bankların yerli filiallarının sayı 626-ya bərabər olub ki, bunların 38-i dövlət, 588-i isə özəl bankların payına düşür. Yerli bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir və bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR