Bank Of Baku

«Kapital Bank» nizamnamə kapitalını artırır

«Kapital Bank» nizamnamə kapitalını artırır
# 09 fevral 2010 10:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin aprel ayının 5-də «Kapital Bank» ASC-nin səhmdarlarının növbədəkənar ümumi yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın nizamnamə kapitalının artırılması və digər məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 91 filialı mövcuddur, nizamnamə kapitalı isə 24 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR