Bank Of Baku

«BE&G» sığorta şirkəti nizamnamə kapitalını artırır

«BE&G» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 09 fevral 2010 10:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «BE&G» («Benefit & Guaranty) sığorta şirkətinin kütləvi təklif üsulu ilə yerləşdirilən adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 5 min manat, sayı 200 ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir.

Bakı Fond Birjasının mütəxəssislərinin fikrincə, «BE&G»in artıq fevral ayında səhmlərinin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 83,3% artaraq 2,2 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «BE&G» sığorta şirkəti 1998-ci ildə «Naxçıvan» sığorta şirkəti kimi fəaliyyətə başlayıb və 2001-ci ildə brendini dəyişib. Hazırda şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətinin 2009-ci il ərzində topladığı sığorta haqlarının həcmi 984,399 min manat, sığorta riskləri üzrə ödənişləri 518,169 min. manat, nizamnamə kapitalı isə 1,2 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR