Bank Of Baku

«Azərsığorta» bu il ASC-yə çevriləcək

«Azərsığorta» bu il ASC-yə çevriləcək
# 09 fevral 2010 13:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti bu il ərzində hüquqi statusunu dəyişərək ASC-yə çevriləcək.

Bu barədə «APA-Economics»ə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sektor müdiri Mahir Abdullayev bildirib.

M.Abdullayevin sözlərinə görə, «Azərsığorta» şirkətin statusunun dəyişməməsi ilə bağlı işlərin gecikməsinin səbəbi şirkətin səhmdar kapitalında dövlətin iştirak payının olması ilə bağlıdır: “Bu məsələnin həlli üçün müəyyən prosedura qaydalarının icrası tələb edilir. Bununla bağlı «Azərsığorta» şirkətinə müəyyən vaxt verilib. Ümid edirəm ki, bununla bağlı bütün məsələlər bu il ərzində öz həllini tapacaq”.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ACS-yə çevrilməsi 2008-ci ilin mart ayının 15-də qəbul edilmiş «Sığorta fəaliyyəti haqqında» qanuna əsaslanır. Hazırda Azərbaycanda «Azərsığorta» şirkəti istisna olmaqla 27 sığorta şirkəti ASC statusu ilə fəaliyyət göstərir.

Xatırladaq ki, «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Ötən il şirkətin topladığı sığorta haqlarının həcmi 26 mln. manat, ödənişlərinin həcmi isə 12 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR