Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsi ötən il 2,6 dəfə azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi ötən il 2,6 dəfə azalıb
# 09 fevral 2010 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan 137 ölkə ilə 20,8 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb ki, 2008-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 2,6 dəfə azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 14,7 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 6,1 mlrd. dollarını isə Azərbaycana idxal edilmiş məhsullar təşkil edib. Nəticədə 8,6 mlrd. dollarlıq müsbət saldo yaranıb. Hesabat ilində 2008-ci illə müqayisədə ixrac 3,2 dəfə, idxal 15,3%, müsbət saldo isə 4,7 dəfə azalıb.

Ötən il ixrac-idxal əməliyyatlarının 53,3%-i Avropa, 32,1%-i Asiya, 13,5%-i Amerika, 1,1%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 18,8%-i İtaliya, 9,7%-i ABŞ, 8,7%-i Rusiya, 7,1%-i Fransa, 6,3%-i İsrail, 4,9%-i Türkiyə, 3,3%-i Ukrayna, 3,3%-i Tayvan (Çinin əyaləti), 3,2%-i İndoneziya, 3,1%-i Almaniya, 3%-i Çin, 2,9%-i Kanada, 2,3%-i Böyük Britaniya, 2,2%-i Gürcüstan, 2,1%-i Malayziya, 1,6%-i İspaniya, qalan 17,5%-i isə digər dövlətlərlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR