Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi son bir ildə 8,5% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi son bir ildə 8,5% artıb
# 09 fevral 2010 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2009-cu ilin yanvar ayına nisbətən 8,4% artaraq 1 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövriyyənin 15%-i hüquqi şəxslərin, 43,5%-i hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 41,5%-i isə yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşıb.

Ticarət şəbəkələrindən əhaliyə 668,8 mln. manatlıq ərzaq, 347,6 mln. manatlıq qeyri-ərzaq malları satılıb, 2009-cu ilin yanvar ayı ilə müqayisədə onların satışı müvafiq olaraq 8,8% və 7,6% artıb. Ay ərzində əhaliyə 374,5 mln. manatlıq və ya 10,6% çox pullu xidmətlər göstərilib. Xidmətlərin ümumi həcminin 81,2%-i hüquqi, 18,8%-i fiziki şəxslərin payına düşüb və ötən ilin yanvar ayı illə müqayisədə onların həcmi müvafiq olaraq 10,3% və 11,9% çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR