Bank Of Baku

Gələn ay Azərbaycanda yeni prosesinq mərkəzi açılacaq

Gələn ay Azərbaycanda yeni prosesinq mərkəzi açılacaq
# 10 fevral 2010 08:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin mart ayından Azərbaycanda «Texkart» adlı yeni prosesinq mərkəzi fəaliyyətə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında «Texkart» Prosesinq Mərkəzinin baş direktoru Polad Talıbov bildirib.

P.Talıbovun sözlərinə görə, hazırda «MasterCard» və «Visa» sistemləri üzrə sertifikasiya işləri aparılır. Bundan başqa, yaxın günlərdə bankın «AzeriCard» Prosessinq Mərkəzində olan bütün məlumat bazası «Texkart»a köçürüləcək. «Bu ilin mart ayında ilkin olaraq «Texnikabank»ın 45 min kartı emissiya olunacaq. Bu kartların 37 mini debit, qalanı isə kredit funksiyalı olacaq. Mərkəzdə müştərilər üçün minimal kart emissiyası nəzərdə tutulmayıb. Əgər müştərimiz olacaq hər hansı bir bank hətta 1 kart sifariş verərsə, biz onu emissiya etməyə hazırıq», - deyə müəssisə rəhbəri qeyd edib.

P.Talıbov bildirib ki, hələlik mərkəzə üzvlüklə bağlı heç bir bank müraciət etməyib.

Qeyd edək ki, «Texkart» Prossesinq Mərkəzi «Texnikabank» ASC tərəfindən 2007-ci ildə yaradılıb. Şirkət ilk olaraq «Texnikabank» üçün plastik kart emissiya edəcək, gələcəkdə isə digər banklara da xidmət göstərilməsi nəzərdə tutulub. «Texkart»ın nizamnamə kapitalı 1 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR