Bank Of Baku

«Fitch Ratings» agentliyi «Unibank»ın fərdi reytinqini artırıb

«Fitch Ratings» agentliyi «Unibank»ın fərdi reytinqini artırıb
# 10 fevral 2010 09:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Unibank» ASC-nin fərdi reytinqini «E» dərəcədən «D/E» dərəcəsinə qədər artırıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, agentlik «Unibank»a münasibətdə əvvəl verdiyi reytinqlərini təsdiqləyib. Emitentin defoltu reytinqi (IDR) «B-» səviyyəsində, «sabit» proqnozla təsdiq edilib, qısamüddətli reytinq «B» səviyyəsində, dəstəklənmə reytinqi isə «5» səviyyəsində müəyyən olunub.

Fərdi reytinqin artırılması, 2009-cu ildə həyata keçirilmiş nizamnamə kapitalının 30 mln. manata qədər artırılmasından irəli gələn bankın likvidliyinın yüksəlməsini və maliyyə göstəricilərinin möhkəmlənməsini əks etdirir. «Fitch»in analitiklərinin fikrincə, kapitalın ikiqat artırılmasından sonra bank, mümkün olan itkilərin absorbasiyası üçün əhəmiyyətli imkanlara malikdir və əməliyyat mühitinin riskləri və çətinliklərinin öhdəsindən gəlmək üçün kifayət dərəcədə yaxşı mövqe tutur. «Fitch»in reytinqləri həmçinin bankda müştəri bazasının ölçülərini, passivlər strukturunun diversifikasiyasını, eləcə də AYIB, Almaniyanın DEG sərmayə qrupu, Niderlandın FMO maliyyə inkişaf şirkəti və Avstriya Inkişaf Banki («OeEB») tərəfindən 2009-cu ilin ikinci yarımilliyinin əvvəlində ayrılan 83 mln. dollar həcmində maliyyə paketi hesabına genişlənən fondlaşdırılma bazasını nəzərə alır. Xatırladaq ki, «Fitch Ratings» agentliyi «Unibank»a reytinqləri 2009-cu ilin aprelində verib.

Xatıradaq Ki, 2010-cu ilin yanvar ayının 1-nə «Unibank»ın aktivləri 352,949 mln. manat, depozit portfeli 137,931 mln. manata, kredit portfeli 244,537 mln. manat, o cümlədən istehlak kreditlərin həcmi 134,86 mln. manat, məcmu kapitalı 59,460 mln. manat təşkil edib. Təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «Unibank» 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 24 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR