Bank Of Baku

«Bank of Baku» yeni aksiya keçirir

«Bank of Baku» yeni aksiya keçirir
# 10 fevral 2010 09:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. 8 Mart - Beynəlxalq Qadınlar günü ərəfəsində «Bank of Baku» ASC «Kişilərə dəstək» adlı yeni aksiyasını təqdim edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, aksiya fevral 9-dən mart 6-dək ərzində «Nağd kredit» məhsulu çərçivəsində keçirilir.

Qarşıdan gələn bayramın əhali üçün yüksək dərəcədə vacib olduğunu nəzərə alaraq, «Bank of Baku» bu aksiyanı bankda tarixçəsi olan bütün müştərilərinə şamil etməyə qərara gəlib. Aksiya çərçivəsində veriləcək kreditlərin daha bir unikallığı ondan ibarətdir ki, ayrılan kredit paralel olaraq digər kreditlərin alınmasına maneə törətməyəcək. «Bank of Baku» tərəfindən təqdim olunan bu kreditin müddəti 1 ildir, məbləği isə 500 AZN-dək həcmindədir.

Qeyd edək ki, «Bank of Baku»nun aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 187,396 mln. manat, depozit portfeli 94,245 mln. manat, kredit portfeli 129,246 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 99,073 mln. manat təşkil edib. Bankın məcmu kapitalı 32,863 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib. Ötən il bankın gəlirləri 38,149 mln. manata, xərcləri isə 31,999 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 6,149 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvar ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 26 bankomatı və 204 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR