Bank Of Baku

Azərbaycanda mərkəzləşdirilmiş kreditlərin tarixi maksimumu təzələnib

Azərbaycanda mərkəzləşdirilmiş kreditlərin tarixi maksimumu təzələnib
# 10 fevral 2010 09:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı tərəfindən kommersiya banklarına mərkəzləşdirilmiş kredit bazarında (yenidənmaliyyələşdirmə) verilən kreditlərin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 1 315,4 mln. manat təşkil edib. Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 dəfə artıb.

Beləliklə, ötən il ərzində Mərkəzi Bank tərəfindən kommersiya banklarına verilən kredit portfelinin artımı 1 086,4 mln. manat təşkil edib.

Mərkəzləşdirilmiş kreditlər bazarının bu dərəcədə kəskin genişlənməsi Mərkəzi Bank tərəfindən kommersiya banklarına qısamüddətli kreditlərin verilməsi yolu ilə likvidlik dəstəyinin artırılması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR