Bank Of Baku

Gürcüstan Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Gömrük Komitəsi arasında memorandum imzalanıb - FOTOSESSİYA

Gürcüstan Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Gömrük Komitəsi arasında memorandum imzalanıb - <font color=red>FOTOSESSİYA</font>
# 10 fevral 2010 10:30 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Gürcüstan Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Gömrük Komitəsi arasında Azərbaycanın təşəbbüsü ilə 9 maddədən ibarət Memorandum imzalanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan Maliyyə Nazirliyi və Azərbaycan Dövlət Gömrük Komitəsi arasında 2010-2012-ci illər üçün gömrük sahəsində hüquq pozuntularına qarşı birgə əməkdaşlığın keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər planı haqqında memorandum və protokolu Gürcüstanın maliyyə nazirinin müavini İrakli Siradze və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev imzalayıb.

Əsgər Abdullayev APA-ya açıqlamasında bildirib ki, 1995-ci ilin mayın 7-də Azərbaycan və Gürcüstan dövlətləri arasında qaçaqmalçılığa qarşı birgə mübarizə haqqında saziş imzalanıb: “Sazişə uyğun olaraq biz gürcü həmkarlarımıza təşəbbüslə müraciət etdik ki, qaçaqmalçılığa qarşı ikitərəfli mübarizə aparmaq üçün gömrük qanunvericiliyinə uyğun birgə tədbirlər planı həyata keçirək, güclərimizi koordinasiya edək. Əsas istiqamətimiz də narkotik və psixotrop maddələrin, ölkəyə daxil olan qeyri-qanuni malların dövriyyəsinin qarşısını almaqdır. İstər Azərbaycan, istərsə də Gürcüstan dövləti öz ərazilərində bu sahədə mübarizə aparırlar. Təkcə 2009-cu ildə 320 kq-a yaxın narkotik maddə dövriyyədən götürülüb. Bu sahədə işlərimiz davam edir”.

Ə.Abdullayev deyib ki, İrandan gətirilən narkotik maddələr Azərbaycan tranzit ölkə olmaqla Gürcüstana, oradan da Avropaya və digər ölkələrə ötürülür: “Narkotik maddələrin daşınmasının qarşısını almaq üçün səylərimizi birləşdirib birgə mübarizə aparmalıyıq. Biz artıq müəyyən etmişik ki, buna həddindən artıq tələbat var. Bundan başqa, tütün məhsulları, spirtli içkilər və digər yüksək rüsumlu malların qaçaq yolla daşınmasının da qarşısını almış olacağıq. Buna görə də bu gün birgə fəaliyyət planı imzaladıq”.

Dövlət Gömrük Komitəsinin sədr müavini İran tərəfi ilə də belə bir memorandumun imzlanacağını bildirib: “Bu barədə danışıqlar gedir. Yaxın zamanlarda bu vacib sənəd imzalanacaq. Belə bir sənəd artıq Rusiya ilə imzalanıb. Birgə fəaliyyət nəticəsində çox böyük nəticələr əldə etmişik. Türkiyə tərəfi ilə də belə bir sənəd imzalanıb. İndi Azərbaycanla həmsərhəd olan yalnız İran qalıb. Bu dövlətlə memorandum imzalanması bizim üçün böyük əhəmiyyət kəsb edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR