Bank Of Baku

Azərbaycan hökuməti ticarət obyektlərini POS-terminallardan istifadəyə həvəsləndirmək üçün layihələr hazırlayır

Azərbaycan hökuməti ticarət obyektlərini POS-terminallardan istifadəyə həvəsləndirmək üçün layihələr hazırlayır
# 10 fevral 2010 11:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov- APA-Economics. Azərbaycanın ticarət obyektlərində POS-terminallardan istifadəyə maraq yaradılması üçün layihələr hazırlanır.

«APA-Economics»in xəbərinə görə, bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov məlumat verib.

N.Əmirovun sözlərinə görə, həmin layihələrin bu il hökumətə təqdim olunması nəzərdə tutulur.

Nazir müavini bildirib ki, təkliflər arasında POS-terminallardan istifadə edənlər üçün vergi dərəcələrinin aşağı salınması da var: «Məsələn, belə təklif var ki, POS-terminallardan istifadə edilən əməliyyatlar üzrə əlavə dəyər vergisi 18% deyil, 9% dərəcəsi ilə hesablansın. Bu cür stimullaşdırıcı təkliflər üzərində işləyirik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR