Bank Of Baku

Nazir müavini: Azərbaycanda ƏDV ödəyicilərinin sayında artım müşahidə olunur

Nazir müavini: Azərbaycanda ƏDV ödəyicilərinin sayında artım müşahidə olunur
# 10 fevral 2010 11:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) depozit hesabının tətbiqi nəticəsində ƏDV ödəyicilərinin sayında artım müşahidə olunur.

«APA-Economics»in məlumatına görə, bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib.

N.Əmirovun sözlərinə görə, hazırda ölkə üzrə ƏDV ödəyicilərinin sayı 15 mini keçir: «ƏDV depozit hesabının tətbiqi bunun dinamikasını artırır. Bu ildən hüquqi şəxslərin sadələşmiş vergi ödəyicisi dövriyyəsi 90 min manatdan 150 min manata qaldırılıb. Bu da bizim ödəyicilərdə hüquqi şəxs yaratmaq istəyini stimullaşdırır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR