Bank Of Baku

Ötən il Azərbaycanda mənfəət vergisi üzrə proqnozlar kəsirlə icra olunub

Ötən il Azərbaycanda mənfəət vergisi üzrə proqnozlar kəsirlə icra olunub
# 10 fevral 2010 11:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda mənfəət vergisi üzrə proqnozlar kəsirlə icra olunub.

«APA-Economics»in məlumatına görə, bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib.

N.Əmirovun sözlərinə görə, mənfəət vergisi üzrə proqnozun kəsirlə icra olunması bir neçə səbəblə bağlıdır. Bunun birinci səbəbi ötən il dünyada davam edən böhranla bağlıdır: «Böhran Azərbaycan iqtisadiyyatına az da olsa, təsir göstərib. Nəticədə mənfəət vergisi üzrə proqnoz kəsirlə icra olunub. Ancaq Azərbaycan MDB məkanında və Avropada qeyri-neft sektoru üzrə yığılan vergilərin azalmadığı yeganə ölkə oldu».

Nazir müavini digər səbəblər kimi dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və neft sazişlərində Azərbaycan tərəfinin payının 75%-i keçməsini göstərib: «Yəni mənfəətdən büdcəyə daxil olan vergi azalıb, həmin məbləğin ondan artıq hissəsi Dövlət Neft Fonduna yönəldilib. Bu verginin azalması əslində dövlətin qazancının azalması demək deyil».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR