Bank Of Baku

Bir sıra ölkələr qızıl ehtiyatları yaradır

Bir sıra ölkələr qızıl ehtiyatları yaradır
# 25 may 2010 08:53 (UTC +04:00)
Nəticədə, bir sıra ölkələr qızıl ehtiyatlarını artırmaq, qızıl ehtiyatlara malik olmayan dövlətlər isə bu cür ehtiyatları yaratmaq qərarına gəlib.

«APA-Economics»in məlumatına görə, Ümumdünya Qızıl Şurasının (World Gold Council — WGC) hesabatına əsasən, hazırda ən iri qızıl ehtiyatları ABŞ-a məxsusdur və bunun həcmi 8 134 tona bərabərdir. Şuranın reytinqinə əsasən, ilk beşliyə Almaniya (3 417 ton), Beynəlxalq Valyuta Fondu (3 217 ton), Fransa (2 587 ton) və İtaliya (2 452 ton) daxildir. Bununla belə, ABŞ-ın məcmu strateji ehtiyatlarında qızılın payı 79,8%, İtaliyada 70,4%, Almaniyada isə 68,9%-dir. Qeyd edək ki, hazırda Avropanın ən problemli ölkələrindən biri hesab olunan Portuqaliya 382,2 ton həcmində qızıl ehtiyatları ilə WGC-nin reytinqində 14-ü yerdə qərarlaşıb.

Azərbaycanın strateji ehtiyatlarının tərkibində hazırda qızıl ehtiyatları mövcud deyil, lakin onların yaradılması məsələsi və effektivliyi ölkə rəhbərliyi tərəfindən araşdırılır. Ölkənin ümumi strateji ehtiyatlarının həcmi isə təxminən 22 mlrd. ABŞ dollarına bərabərdir və bu aktivlərin tərkibində yüksək reytinqli xarici maliyyə alətləri və depozitlər əsas yeri tutur.

Arayış üçün qeyd edək ki, qızılın qiyməti son bir ildə 24,8%, cari ilin əvvəlindən 6,8%, may ayında isə 1,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR