Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı ilə Dünya Bankı arasında Tərəfdaşlıq Strategiyası müzakirə edilib

Azərbaycan Mərkəzi Bankı ilə Dünya Bankı arasında Tərəfdaşlıq Strategiyası müzakirə edilib
# 25 may 2010 10:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Asad Alamın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanması yolları, Dünya Bankının mövcud portfelinin icrasının gedişi ilə bağlı məsələlər müzakirə edilib. Görüş zamanı Dünya Bankının Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak və baş iqtisadçısı Kristos Kostopulos da iştirak ediblər.

A.Alam Azərbaycanla əlaqələrin səviyyəsindən məmnunluğunu bildirib və Azərbaycanda icra edilən proqramların yüksələn xətlə davam etdirilməsinin zəruriliyini qeyd edib. O, həmçinin təmsil etdiyi qurumun Azərbaycanın maliyyə-bank sektorunda fəaliyyətini yüksək qiymətləndirib.

Öz növbəsində E.Rüstəmov ikitərəfli əlaqələrin səviyyəsini yüksək qiymətləndirib, Tərəfdaşlıq Strategiyasının hər iki tərəf üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR