Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» gələn il «Visa» sisteminə qoşulacaq

«YapıKredi Bank Azerbaijan» gələn il «Visa» sisteminə qoşulacaq
# 25 may 2010 11:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC 2011-ci il ərzində «Visa İnternational» beynəlxalq ödəniş sisteminə qoşulmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Mustafa Coşkun Bulak bildirib.

C.Bulakın sözlərinə görə, bu sistemə qoşulmaq üçün bankda xüsusi işçi qrupu yaradılıb: «Həmin qrup tərəfindən müvafiq sənədlər hazırlanır. Hazırda bankımız «MasterCard» beynəlxalq ödəniş sisteminə üzvdür. Bu sistem üzrə emissiya edilən plastik kartların sayı 3 minə yaxındır».

C.Bulak bildirib ki, bank yeni sistemə qoşulduqdan sonra müştərilərə müxtəlif çeşidli yeni kart məhsulları təqdim edəcək.

Xatırladaq ki, səhmdarı Türkiyənin «YapıKredi Bank» (99,8%), «Yapı və Kredi Yatırım Menkul Değerler» (0,1%) və «Yapı Kredi Finansal Kiralama» (0,1%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 219,517 mln. manat, depozit portfeli 54,110 mln. manat, kredit portfeli 49,542 mln. manat, məcmu kapitalı 45,685 mln. manat, o cümlədən nizamnamə kapitalı 27,209 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 6 filailı fəaliyyət göstərir ki, bunun 5-i Bakıda biri isə Gəncədə yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR