Bank Of Baku

«Eurobank»ın aktivləri son bir ildə 39% artıb

«Eurobank»ın aktivləri son bir ildə 39% artıb
# 25 may 2010 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Eurobank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 29,201 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstəricidən 38,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 50% artaraq 17,777 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 17% artaraq 6,034 mln. manata çatıb. Bu müddət ərzində bankın nizamnamə kapitalı sabit qalaraq 8,591 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 51% artaraq 4,660 mln. manat, xərcləri isə 20% azalaraq 3,366 mln. manat olub. Nəticədə, bankın bu ilin yanvar-mart aylarında əldə etdiyi mənfəətin həcmi 1,294 mln. manat olub. Ötən ilin birinci rübünü isə bank 1,145 mln. manat zərələ başa vurub.

Bu müddət ərzində bankın müştərilərinin sayı 19% artaraq 1 423, o cümlədən fiziki şəxslərin sayı 33% artaraq 483, hüquqi şəxslərin sayı isə 9,6% artaraq 914 olub.

Eyni zamanda, işçilərin sayı 12% artaraq 28 nəfərə, orta aylıq əmək haqqı isə sabit qalaraq 300 manat təşkil edib.

Qeyd edək ki, «Eurobank» ASC 1992-ci ildə «Azinvestbank» kimi yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR