Bank Of Baku

“Qazprom” “Milan”ın səhmlərini alır

“Qazprom” “Milan”ın səhmlərini alır
# 25 may 2010 15:00 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyanın “Qazprom” şirkəti İtaliyanın “Milan” futbol klubunun səhm paketinin böyük hissəsini almağı planlaşdırır.

APA-Economics”in “Associated Press”ə istinadən məlumatına görə, sövdələşmənin dəyəri 150-180 mln. avro (185-222 mln. dollar) olacaq. Bu vəsaitlə “Qazprom” “Milan”ın səhmlərinin 25-30%-ni ala bilər.

Qeyd edək ki, “Milan” İtaliyanın və Avropanın ən titullu klublarından biridir. Onun sahibi İtaliyanın baş naziri Silvio Berluskonidir. “Qazprom” isə Sankt-Peterburqun “Zenit” komandasının sahibi və Almaniyanın “Şalke” klubunun sponsorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR