Bank Of Baku

«DəmirBank» son bir ildə aktivlərini 30% artırıb

«DəmirBank» son bir ildə  aktivlərini 30% artırıb
# 26 may 2010 06:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivləri 2010-cu ilin may ayının 1-nə 274,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 63 mln. manat və ya 29,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit portfelinin həcmi son bir il ərzində 188,5 mln. manata, depozitlərin həcmi isə 97,8 mln. manata çatıb.

Bu müddət ərzində əhalinin əmanətlərinin həcmi 79,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 77,4% çoxdur.

Qeyd edək ki, bankın məcmu kapitalı 47,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 19 mln. manat təşkil edib.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın 29 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR