Bank Of Baku

«Amrahbank»ın Bakıdakı bəzi filiallarının adı dəyişdirilib

«Amrahbank»ın Bakıdakı bəzi filiallarının adı dəyişdirilib
# 26 may 2010 07:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC-nin Bakı şəhərində fəaliyyət göstərən bəzi filialların adlarında, onların yerləşdiyi coğrafi mövqelərini nəzərə alaraq müvafiq dəyişikliklər edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, dəyişiklikdən sonra Azadlıq prospekti,753-cü məhəllə ünvanında fəaliyyət göstərən «VİP» filialının adı «Azadlıq filialı», Şərifzadə küçəsi,158 ünvanında fəaliyyət göstərən «Premyer» filialının adı «İnşaatçılar filialı», 28 May küçəsi,717-ci məhəllə ünvanında fəaliyyət göstərən «Nəsimi» filialının adı «28 May filialı», Mİrəli Qaşqay küçəsi,93 ünvanında fəaliyyət göstərən «Universal filialı»nın adı «Nəsimi filialı», Həsən Əliyev küçəsi,74 ünvanında fəaliyyət göstərən «Bakı filialı»nın adı «İnqilab filialı» olub.
Qeyd edək ki, bankın ölkə üzrə 24 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, təsisçisi 4 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 81,496 mln. manat, depozit portfeli 38,868 mln. manat, kredit portfeli 44,092 mln. manat, məcmu kapitalı 21,184 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR