Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, aktivlərin illik dinamikası ötən ilin birinci rübü ərzində 1 458,5 mln. manatlıq azalma, sonrakı dövrlərdə artım nümayiş edib:
Aktivlərin strukturuna gəldikdə, müştərilərə verilən kreditlərin həcmi mayın 1-nə 8 121,69 mln. manat (xüsusi çəkisi 67,47%), müxbir hesablar 786,90 mln. manat (6,54%), investisiyaların həcmi 882,13 mln. manat (7,33%), nağd vəsaitlər 673,14 mln. manat (5,59%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 532,78 mln. manat (4,43%), digər aktivlər isə 1 041,66 mln. manat (8,65%) təşkil edib.
Kommersiya banklarının passivlərinin 83,16%-i bank öhdəliklərinin payına düşür. Belə ki, məcmu bank öhdəliklərinin həcmi 10 011,60 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 4 419,26 mln. manat həcmində depozitlər, 4 893,22 mln. manat həcmində maliyyə sektorundan alınmış kredit və depozitlər, 699,12 mln. manat həcmində digər öhdəliklər olub.
Bankların məcmu kapitalı isə 2010-cu ilin mayın 1-nə 2 026,71 mln. manata bərabər olub.