Bank Of Baku

Azərbaycanda bank depozitləri ilin əvvəlindən 1% azalıb

Azərbaycanda bank depozitləri ilin əvvəlindən 1% azalıb
# 26 may 2010 09:41 (UTC +04:00)
Bu, 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 987,9 mln. manat və ya 27,3% çox olsa da, cari ilin əvvəlindən 41,4 mln. manat və ya 0,9% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, depozitlərin tərkibində ev təsərrüfatlarının depozitləri (əmanətlər) 2 474,7 mln. manata, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 2 138,1 mln. manata bərabərdir. Beləliklə, depozitlərin strukturunda fiziki şəxslərin əmanətləri 53,7%-lik xüsusi çəki ilə üstünlük təşkil edir.

Bu vəziyyət, yəni fiziki şəxslərin depozitlərinin hüquqi şəxslərin (maliyyə qurumları istisna olmaqla) depozitlərindən üstün olması təxminən ötən ilin ikinci rübünün əvvəlindən artıq tendensiya xarakteri alıb. Bunun əsas səbəbi kimi həmin vaxt Azərbaycan bank sistemində yaranmış likvidlik problemi nəticəsində bank kreditləşməsinin məhdudlaşdırılması və kreditorlara qoyulan tələblərin sərtləşdirilməsini qeyd etmək olar. Belə ki, bankların bu addımları nəticəsində bir sıra depozitorlar kredit almaq imkanlarından daha istifadə edə bilmədiyindən öz depozitlərindən faydalanmağa başlayıblar. Sonrakı vaxt ərzində fiziki və hüquqi şəxslərin depozitləri arasında dəyişkənlik müşahidə olunub, lakin göründüyü kimi, hazırda fiziki şəxslərin depozitləri hələ də üstünlük təşkil edir.

Həmçinin, fiziki və hüquqi şəxslərin depozitləri üzrə artım templəri də fərqlidir. Belə ki, qeyri-maliyyə təşkilatlarının depozitlərinin illik artım tempi 21,6% təşkil etdiyi halda, ev təsərrüfatları üzrə həmin göstərici 32,5%-ə bərabərdir. Eyni zamanda, cari ilin əvvəlindən qeyri-maliyyə təşkilatlarının depozitləri 7,8% azalıb, ev təsərrüfatlarının depozitləri isə 6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR