Bank Of Baku

«Bank of Baku» məzuniyyət kreditləri təklif edir

«Bank of Baku» məzuniyyət kreditləri təklif edir
# 26 may 2010 11:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC məzuniyyət mövsümü ərəfəsində müştərilərini ən yaxşı kurortlarda yay tətilləri ilə təmin etmək məqsədilə «Turizm» krediti təklif edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Turizm» kreditinin məbləği 150-3000 manat, müddəti 3-12 ay, ilkin ödəniş isə səyahətdən asılı olaraq yekun dəyərin minimum 20%-ni təşkil edir.

Kreditin ödəniş forması haqqında http://www.bankofbaku.com/01credits007.php ünvanında daha ətraflı məlumat almaq olar. Burada həmçinin kredit kalkulyatoru yerləşdirilib. Kalkulyatora kreditin məbləğini, illik faiz dərəcəsini və kreditin müddətini qeyd etmək kifayətdir – kalkulyator avtomatik kredit üzrə ödəniş cədvəlini təqdim edəcək.

«Turizm» kreditini əldə etməklə «Bank of Baku»nun müştəriləri Azərbaycan və xarici ölkələrin gözəl guşələrində istirahət etmək imkanı qazanırlar. «Turizm» krediti haqqında daha ətraflı məlumat almaq üçün bankın Məlumat Mərkəzinə «145» nömrəsi ilə zəng vurmaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR