Bank Of Baku

BMT: Bu il dünya iqtisadiyyatı 3%, 2011-ci ildə isə 3,2% artacaq

BMT: Bu il dünya iqtisadiyyatı 3%, 2011-ci ildə isə 3,2% artacaq
# 27 may 2010 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Millətlər Təşkilatı (BMT) bu il dünya iqtisadiyyatının 3%, 2011-ci ildə isə 3,2% artacağını proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bu barədə BMT-nin dünya iqtisadiyyatının iqtisadi vəziyyəti və perspektivləri haqqında məruzəsində bildirilir.

Hələ bu ilin yanvar ayında BMT 2010-cu ildə dünya iqtisadiyyanın artımını 2,4% səviyyəsində olacağını proqnozlaşdırsa da, təşkilat bu göstəricini 3%-dək artırıb.

BMT-nin ekspertlərinin fikrincə, hazırda dünya iqtisadiyyatında 2009-cu ildə artım tempinin 2%-dən aşağı düşməsindən sonra texniki sıçrayış baş verir. Dünya iqtisadiyyatının tam bərpası prossesi də ayrı-ayrı ölkələrdə iqtisadiyyatın ləng bərpa olması səbəbindən hazırda çox zəif gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR