Bank Of Baku

Aftandil Babayev: «Azərbaycanda sosial ipotekanın verilməsi ilə bağlı gərginlik yoxdur»

Aftandil Babayev: «Azərbaycanda sosial ipotekanın verilməsi ilə bağlı gərginlik yoxdur»
# 27 may 2010 09:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda dövlət vəsaitləri hesabına sosial ipoteka kreditlərinin verilməsi prosesində heç bir problem yoxdur. «APA-Economics»in məlumatına görə, bunu Azzərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədr müavini Aftandil Babayev bildirib: « Ölkədə sosial ipoteka mövcud şərtlərlə davam etdirilir».

A.Babayevin sözlərinə görə, sosial ipotekanın davam etdirilməsi üçün 2010-cu ilin dövlət büdcəsində 14 mln. manat nəzərdə tutulub. «Ötən ilki büdcədə də 14 mln. manat vəsait ayrılmışdır və bu məbləğ tam olaraq istifadə olunub. Bu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin ayrılmasına artıq başlanılıb və bununla bağlı heç bir gərginlik yoxdur».

Xatırladaq ki, Azərbaycanda sosial ipoteka kreditləri maksimum illik 4%-lə ayrılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR