Bank Of Baku

Bakıda “Bankçılıq sahəsində regionlararası əməkdaşlıq: dayanıqlı maliyyə gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Bankçılıq sahəsində regionlararası əməkdaşlıq: dayanıqlı maliyyə gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilir
# 27 may 2010 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyası və Avropa Banklar Federasiyası «Bankçılıq sahəsində regionlararası əməkdaşlıq: dayanıqlı maliyyə gələcəyi» mövzusunda beynəlxalq bank konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov Avropa Banklar Federasiyası ilə belə bir konfransın ilk dəfə keçirildiyini bildirib.

Konfransın keçirilməsində əsas məqsəd bankçılıq sahəsində regionlararası əməkdaşlığın daha da genişləndirilməsidir. Avropa Banklar Federasiyasının baş katibi Quido Ravoet bu konfransı dəstəklədiklərini, həmçinin gələcəkdə belə konfransların keçirilməsinə daim tərəfdaş olduğunu qeyd edib.

ABŞ-ın Kolumbiya Universitetinin professoru Robert Mandel «Avro yeni beynəlxalq maliyyə arxitekturasında» mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda Çin, ABŞ və Yaponiyanın monetar sistemi barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları daha sonra «Beynəlxalq iqtisadi əməkdaşlıq: maliyyə inteqrasiyası qarşısındakı maneələrin aradan qaldırılması» mövzusunda panel müzakirələrə başlayıb. Müzakirələrdə Avropa maliyyə inteqrasiyası təcrübəsinin Avrasiya bazarları üçün əhəmiyyəti, həmçinin qlobal maliyyə böhranı və Mərkəzi Qafqaz regionunda iqtisadi inkişafa maneələrə dair məsələlərə toxunulub.

Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Hazırda quruma 44 bank və 4 qeyri-bank təşkilatı üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR