Azərbaycanda sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi azaldılıb
Bu qərarın qəbul edilməsinin səbəbi barədə danışan A.Cavadov bildirib ki, hazırda Azərbaycanda uçot dərəcəsi 2%, dövlət qiymətli kağızları üzrə gəlirliyin də təxminən həmin səviyyədə olması və Fond tərəfindən aparılmış araşdırma və təhlil faiz dərəcələrinin yuxarı həddinin aşağı salınmasına əsas səbəb olub. Belə ki, Fond 2007-ci ildə yaradılanda yuxarı hədd 1,8 dəfəlik əmsalla birbaşa uçot dərəcəsinə bağlı olub, lakin sonra anti-böhran tədbirləri çərçivəsində uçot dərəcəsinin kəskin endirilməsi nəticəsində yuxarı hədd də kəskin enib və bunun aradan qaldırılması üçün həddin müəyyən edilməsi səlahiyyəti Fonda və Mərkəzi Banka verilib. Nəticədə, yuxarı hədd 15% səviyyəsində müəyyənləşdirilib və hazırda bu göstərici bir qədər də endirilir.
A.Cavadovun sözlərinə görə, Fondun keçirdiyi araşdırma və sorğular göstərib ki, 2010-cu ilin əvvəlindən banklar tərəfindən cəlb olunan əmanətlərin 182 mln. manatı 15%-dən aşağı, 52 mln. manatı isə 15%-dən yuxarı gəlirliklə cəlb olunub. Yəni, cəlb olunmuş əmanətlərin təxminən 72%-i üzrə gəlirlik dərəcəsi 15%-dən aşağıdır. Bundan başqa qeyd olunub ki, Azərbaycanın bank əmanətləri bazarında 70% paya malik olan 11 bank illik 12%-dən də aşağı səviyyədə faiz dərəcələri təklif edir. Bütün bunlar yuxarı həddin endirilməsini məqsədəuyğun edir.
Qeyd edək ki, cari ilin hesabatına əsasən, fiziki şəxslərin ƏSF-nin üzv banklarında olan məcmu əmanətləri 2 385,385 mln. manat, o cümlədən qorunmayan əmanətlər 707 mln. manat, qorunan əmanətlər isə 1 678 mln. manat təşkil edib. ƏSF-nin sığorta ehtiyatları 25,698 mln. manata bərabərdir. Qorunan əmanətçilərin sayı 5 197 888 nəfərdir.
A.Cavadov qeyd edib ki, qorunan əmanətçilərin sayı ümumi əmanətçilərin sayının 98%-ni təşkil edir və bu səbəbdən, məsələn, hazırda 30 min manata bərabər olan kompensasiya məbləğinin maksimum həddinin yenidən qaldırılmasını məqsədə uyğun hesab etmir. Vurğulamaq lazımdır ki, iyunun 1-dən qüvvəyə minən yuxarı həddin yeni səviyyəsi yalnız yeni açılan əmanətlərə şamil olunacaq.
Fondun ehtiyatlarına gəldikdə isə A.Cavadov qeyd edib ki, onların 10 mln. manatı dövlət qiymətli kağızları, qalan hissəsi isə Mərkəzi Bankda yerləşdirilib. Mərkəzi Bankda yerləşdirilən hissə avro və dollarda saxlanılır.
Fondun rəhbəri həmçinin bildirib ki, faiz dərəcələrinin yuxarı həddinin valyutalar üzrə diversifikasiyası məsələsi hazırda gündəmdə deyil. Valyutadan asılı olaraq əmanətlər üzrə fərqli faiz dərəcələrinin müəyyən edilməsi hər bankın siyasətinə uyğun aparılır, Fond isə ortalama rəqəmi əsas kimi götürür.
Mətbuat konfransında həmçinin Azərbaycanda təcrübə mübadiləsi məqsədi ilə səfərdə olan Rusiya Əmanətlərin Sığortalanması üzrə Agentliyin nümayəndələri də iştirak ediblər. Agentliyin baş direktorun müavini Andrey Melnikovun sözlərinə görə, Rusiyada əmanətlərin sığortalanması sahəsində faiz dərəcələrinin yuxarı həddi anlayışı yoxdur və bu məqam, habelə bu sahədə Azərbaycan təcrübəsi onlar üçün çox maraqlıdır. Ümumilikdə, A.Melnikov qeyd edib ki, böhran başlayandan sonra Rusiyada əmanətlərlə bağlı 90-a yaxın sığorta hadisəsi baş verib və bu hadisələr üzrə ödəmələrin ümumi həcmi 800 mln. dollara bərabər olub.
Maliyyə
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib
Xəbər Lenti
Azərbaycan vətəndaşlarının Suriyadan repatriasiyası həyata keçirilib
Fransanın bəzi media qurumları Azərbaycana qarşı qarayaxma kampaniyası aparır - AÇIQLAMA
Azərbaycan və Slovakiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
İran XİN: Hazırda anlaşma memorandumunu müzakirə etmək üçün müvafiq İran orqanları arasında görüş keçirilir
ABŞ rəsmisi: İranla müqavilədə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi nəzərdə tutulur
Tramp: İranla müqavilənin həftənin sonuna və ya bazar ertəsi günü imzalana biləcəyinə inanıram
Şahbaz Şərif: ABŞ və İran sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəlib
Tramp Əraqçinin İran və ABŞ-ın razılaşmanı yekunlaşdırmağa yaxın olduğuna dair mövqeyini bölüşür
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
DÇ-2026: ABŞ ilk matçına çıxır
Əraqçi: ABŞ-la razılaşma heç vaxt olmadığı qədər yekunlaşmağa yaxındır
Katz: İsrail Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından çəkilməyəcək
Gədəbəyə diametri 11 mm olan dolu düşüb - FAKTİKİ HAVA
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişafı üzrə İşçi Qrupu yaradılıb
Putin: Rusiya Ukraynaya qarşı cavab zərbələrini artıracaq
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
İRİA: Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi imkanları genişləndirilib
Hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib
Rüfət Səfərova hökm oxunub
Netanyahu Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Qusar sakini çayda boğulub, nəvəsini polis xilas edib - VİDEO - FOTO
Tramp Tehranı razılaşma ilə bağlı yalan məlumat yaymaqda günahlandırıb: İranla xoş niyyətlə danışıq mümkün deyil
Kürdəmirdə 28 yaşlı oğlan kanalda boğulub
Beyləqan sakini kanalda batıb
İş yerlərində gender bərabərliyi mövzusunda tədbirlər keçirilib
“Reuters”: ABŞ və İran arasında memorandum bazar günü Cenevrədə imzalana bilər
Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Hacıqabul rayonunda iki günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb
Balakəndə 10 ton çətənə kolu məhv edilib
Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi üçün ayrılan torpaq sahəsi artırılıb
CNN: İsrail ABŞ-a İranın bloklanmış aktivləri ilə bağlı təzyiq göstərir
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
Polşanın Cənubi Qafqaz siyasəti: Strateji tərəfdaşlıqdan anti-Azərbaycan xəttinə doğru - TƏHLİL
Azərbaycanla Ekvador qarşılıqlı diplomatik və xidməti pasport sahiblərini viza tələbindən azad edir
Qarabağda yanğına qarşı qabaqlayıcı tədbirlərlə bağlı regional müşavirə keçirilib
CENTCOM: İrana qarşı blokadanı yarmağa çalışan 136 gəminin istiqaməti dəyişdirilib
Azərbaycanda hissedilən zəlzələ baş verib, dağıntı olmayıb - YENİLƏNİB-2
Bakı Limanında quru yük aşırılması 77% artıb
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib
Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
Brüsseldə eqoların savaşı: Ursula Fon der Lyayen-Kaja Kallas qarşıdurması dərinləşir - TƏHLİL
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq