Bank Of Baku

«Bank of Baku»nun «Neftçilər» filialı yeni ünvana köçüb

«Bank of Baku»nun «Neftçilər» filialı yeni ünvana köçüb
# 27 may 2010 10:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin Bakı şəhəri R.Rüstəmov küçəsi,25/63 ünvanında yerləşən «Neftçilər» filialı paytaxtın Nizami rayonu, Q.Qarayev prospekti,59 ünvanına köçürülüb.

Bankın baş ofisidən «APA-Economics»ə verilən məlumata görə, filialın yerinin dəyişdirilməsinə əss səbəb bank tərəfindən əhaliyə göstərilən xidmət sisteminin təkmilləşdirilməsidir. Bankın yeni ofisi iş günləri 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərir.

Qeyd edək ki, 2004-cü ilin oktyabr ayından fəaliyyət göstərən «Neftçilər» filialı müştərilərə istehlak, biznes kreditləri, əmanətlər, valyuta mübadiləsi, «MasterCard» və «VISA» plastik kartları, «Western Union», «Migom», «Coinstar», «Bıstraya poçta», «Xpress Money», «Contact», «PrivatMoney» təcili pul köçürmələri üzrə geniş bank xidmətləri təqdim edir. Bununla yanaşı, filialda quraşdırılmış «Cash-in» ödəniş köşkü istehlak kreditləri, cari hesabların artırılması və «AvirTel» İnternet-provayderinin xidmətlərinin ödənişi, ATM isə 24 saat əzrində nağd pulun çıxarılması, kommunal, mobil rabitə («Azercell» və «Bakcell») və «AvirTel» İnternet-provayderinin xidmətlərinin ödənişini təmin edir.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə yerli fiziki şəxs çıxış edir. Bankın ölkə üzrə 15 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR