Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı avronun ucuzlaşması səbəbindən monetar siyasətində dəyişiklik etməyəcək

Azərbaycan Mərkəzi Bankı avronun ucuzlaşması səbəbindən monetar siyasətində dəyişiklik etməyəcək
# 27 may 2010 10:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədr müavini Aftandil Babayev bildirib.

A.Babayevin sözlərinə görə, Mərkəzi Bank avro/dollar məzənnəsinin dəyişkənliyinə reaksiya verib: «Əsasən iqtisadi münasibətlərdə dolların dominantlığını nəzərə alaraq, ötən ildən Mərkəzi Bank valyuta səbətinə nisbətən manatın məzənnəsini hədəfləmə rejiminə keçib və həmin səbətdə müəyyən nisbət də formalaşıb. Ancaq avro/dollar məzənnəsində baş verən böyük dəyişkənliyin manatın məzənnəsində də öz əksini tapmaması üçün AMB həmin səbətdə korrektə aparıb. Bu gün həmin səbətin strukturu artıq 10/90 nisbətindədir (10% - avro, 90% - dollar – red.). Bu baxımdan da əsas hədəf olaraq bu gün manatla dolların nisbətini hədəfləyirik ki, bu da bütün iqtisadi agentlərin marağına uyğundur. Bunun da sabitliyi göz qabağındadır».

A.Babayevin sözlərinə görə, milli valyutanın məzənnəsinin qorunmasının ən ağır mərhələsi 2009-cu ilin birinci rübündə olub və bunun da öhdəsindən uğurla gəlinib. «Yəni, intervensiya hesabına məzənnənin sabitliyi qorunub. Başqa ölkələrdə olan milli valyutanın yüksək devalvasiyasına Azərbaycanda yol verilməyib», - deyə A.Babayev qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR