Bank Of Baku

Çin Azərbaycana 3 mln. dollar ayıracaq

Çin Azərbaycana 3 mln. dollar ayıracaq
# 27 may 2010 11:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanda səfərdə olan Çinin ticarət nazirinin müavini Fu Ziyingin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan İqtisadi İnkişaf Nazirliyində görüş keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkə iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə ətraflı məlumat verib. İndiyədək Azərbaycanla Çin arasında əlaqələrin inkişafı istiqamətində zəruri hüquqi-normativ bazanın yaradıldığını, iqtisadi-ticarət münasibətlərinin genişləndiyini qeyd edən Ş.Mustafayev mövcud potensialdan istifadə etməklə iki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək üçün real imkanların olduğunu bildirib.

Öz növbəsində F.Ziying son illər ərzində Azərbaycanın qazandığı iqtisadi uğurların ölkəsinin diqqət mərkəzində olduğunu, Çin və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Görüşün sonunda Çin və Azərbaycan arasında 2,9 mln. ABŞ dolları dəyərində qrant sazişi imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR